Azərbaycan XİN Misirdəki terroru pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi Misirdə baş verən terror aktını pisləyib.

Bu barədə XİN-in “Twitter” səhifəsində məlumat yer alıb.

“Biz Misirdə baş verən terror aktını qınayırıq və Misir xalqına və həlak olanların ailələrinə başsağlığı veririk”-deyə məlumatda bildirilib.

Xatırladaq ki, Misirin Əl-Minya əyalətində bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub. Rəsmi məlumata görə, hücum zamanı 28 nəfər ölüb.

Yenicag.az

COP29