Azərbaycan XİN Tailandı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Tailandı Milli Gün münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım olunub.

“Milli Gün münasibətilə Tailand hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Tailand!”, – paylaşımda bildirilib.