Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzası ilə bağlı başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında paylaşım edilib.

“Mərsin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, – paylaşımda bildirilibş

Qeyd edək ki, dünən Tarsus-Adana-Qaziantep magistralında 4 avtomobilin toqquşması nəticəsində 10 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Xəsarət alanlardan 9-nun vəziyyəti ağır qiymətləndirilir.