Azərbaycan – Xorvatiya oyununun biletləri artıq satışda

Avro-2016Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununun biletləri satışa çıxarılıb.

Yenicag.az xəbər verir ki, biletləri “Bakcell Arena”nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Həmçinin biletlərin onlayn satışına start verilib. Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.(azvision)