!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Yaponiyada keçirilən beynəlxalq festivalda təmsil olunub

!Reklam – Yazi

unnamed (1)Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycanı “Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin üzvləri təmsil edib. Müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda əvvəlcə şəhər bələdiyyəsinin sədri Takaşi İşimori çıxış edib. O bildirib ki, bu şəhərdə yaşayan Azərbaycan, Seneqal, ABŞ, Səudiyyə Ərəbistanı, Danimarka, Hindistan, Pakistan, Qana və digər ölkələrin nümayəndələrinin qatıldığı festival bu xalqların bir-birinin mədəniyyətini, adət-ənənəsini, dilini öyrənmək və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.

“Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən maraqla qarşılanıb. Mərkəzin sədri, elktronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər həmin nəşrlərin nümunələrini Haçiyocidə yerləşən “Endo” kitabxanasının müdiri xanım Yoşiko Endoya təqdim edib.

Festival çərçivəsində keçirilən təqdimat mərasimində Tokio Xarici Dillər Universitetinin tələbəsi, diaspor təşkilatını üzvü Ayan Sultanlı bu il Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, ötən dövrdə böyük uğurlara imza atan ölkəmiz beynəlxlaq aləmin ayrılmaz parçasına, siyasi və iqtisadi sahədə etibarlı müttəfiqə çevrilib. Dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanda bu gün beynəlxalq tədbirlər, konsert və idman yarışları yüksək səviyyədə təşkil olunur. 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edildiyini vurğulayan A.Sultanlı Azərbaycanın tolerant, müxtəlif dinlərin dostluq şəraitində yaşadığı nümunəvi ölkə olduğunu bildirib.

Festival çərçivəsində təşkil edilən fotomüsabiqədə X.Kələntərlinin azərbaycanlı Mirayın əks olunduğu “Yaman təəccübləndim” fotosu xüsusi mükafata layiq görülüb.

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv