Azərbaycan yazıçısının kitabı dünya reytinqində

lıpVaris Yolçuyevin İstanbulda işıq üzü görən “Son məktub” romanı Türkiyənin nüfuzlu “1000 Kitab.com” portalındakı “Ən populyar 1000 kitab” reytinqinə daxil olub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yazıçıya istinadən yaydığı xəbərə görə, roman sürətlə irəliləyərək 192-ci mövqedə qərarlaşıb.

Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Xalid Hüseyninin “Çərpələng uçuran”, Paolo Koelyonun “Kimyagər”, Elif Şəfəqin “Aşk”, Rəşad Nuri Güntəkinin “Çalıquşu” kimi romanların yer aldığı reytinqdə Türkiyə kitab bazarında dövriyyədə olan 60 min adda yerli və xarici, eləcə də, klassik yazıçıların ən çox bəyənilən romanları toplanıb.

“1000 ən populyar kitab” reytinqi adıçəkilən ədəbiyyat portalındakı “Ən çox oxunan kitablar” və “Ən yaxşı kitablar” reytinqləri çoxminli ədəbiyyat həvəskarının rəyi əsasında formalaşır(azadlıq.org)