!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan yeni pilotsuz uçuş aparatlarının istehsalına başlayır

!Reklam – Yazi

2017-ci ildə Azərbaycanda daha iki növ pilotsuz uçuş aparatının istehsalının təşkili planlaşdırılır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Qısa müddət ərzində yaradılmış “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və istehsalına başlanılıb. 2017-ci ildə daha 2 növ pilotsuz uçuş aparatının istehsalının təşkili planlaşdırılır”, – deyə məlumatda bildirilir.

2016-cı ildə bağlanmış müqavilələr üzrə güc strukturlarına təhvil verilmiş məmulatlardan müxtəlif çaplı minaatanlar və onlar üçün atəş yığımlarını, 5,45 mm-lik avtomatı, 7,62 mm-lik universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, 30 mm-lik avtomatik qumbaraatan kompleksini, ZU-23-2 zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, PG-7V tipli qumbaranı, təlim üçün aviasiya bombalarını, 2 növ “Orbiter” tipli pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.

“2016-cı ildə müdafiə sənayesi üzrə məhsul istehsalının ümumi həcmi 272,6 mln. manat təşkil edib və proqnoza 100,2% əməl edilib. Ümumi məhsul istehsalının həcmi 2010-cu ilə nisbətən 3 dəfə artıb”, – deyə məlumatda bildirilir.

Ötən il müdafiə təyinatlı məhsullar (ümumi dəyər 233,4 mln. manat) ümumi məhsul istehsalının 85,6%-ni, mülki təyinatlı məhsullar (ümumi dəyər 39,2 mln. manat) ümumi istehsalın 14,4%-ni təşkil edib. Müdafiə təyinatlı məmulatların istehsal həcmində 2015-ci illə müqayisədə 1,8 dəfə artım olub.

Hesabat ilində bağlanmış müqavilələr üzrə 156 mln. 397,7 min manat məbləğində müxtəlif müdafiə təyinatlı məmulatlar istehsal edilib.

Yeniçağ.az

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv