2018-ci ildə Azərbaycan Belarusdan “Polonez” yaylım atəşli reaktiv raket sistemi almağı planlaşdırır.
Yenicag.az bildirir ki, bu haqda Kommersant qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, Azərbaycan raket sisteminin ehtimal edilən ilk sifarişçisi olacaq. Mənbənin iddiasına görə, artıq Azərbaycanın müdafiə naziri Zakir Həsənov bununla bağlı Belarusa səfər edib və texnika ilə tanış olub.
Məlumat üçün bildirək ki, prezident Lukaşenkonun tapşırığı ilə yaradılan “Polonez” Rusiyanın Ermənistana satdığı “İsgəndər” raketlərinə alternativ hesab edilir.
“Polonez” sistemi rəqibin istənilən hədəflərini və hərbi obyektlərini yüksək dəqiqliklə və uzaq məsafədən məhv edilməsi üçün nəzərdə tutulur.
Zaur H.