!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan yığmasının futbolçuları cəzalandırıldı

!Reklam – Yazi

237081Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin iclası keçirilib.

İclasda AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, texniki direktor Bernhard Lippert, texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov, seleksiya işləri üzrə baş koordinator Riad Rəfiyev və Məşqçilər Komitəsinin sabiq üzvü Şahin Diniyev iştirak ediblər.

Aparılmış müzakirələrdən sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadəyə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı iki oyununda əvvəlki səhvlərdən nəticə çıxarılması, komandanın oyunlara daha yaxşı hazırlanması üçün bütün imkanlardan istifadə edilməsi tövsiyə olunub.

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Avstriya yığması ilə səfər oyununa gedən futbolçuların müvafiq gündəlik xərclərinin ödənilməməsi qərara alınıb. Həmçinin, U-21-in Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar üçün təlim-məşq toplanışına zədəli olduğunu bildirərək qatılmayan futbolçuların həqiqətən zədəli olub-olmamasının araşdırılmasının vacibliyi vurğulanıb.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2016-cı ilin I rübü üçün təlim-məşq proqramı təsdiq olunub.

Bu ilin dekabrında U-20 və U-18 yığmalarının Mərdəkan qəsəbəsindəki Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışının təşkil olunması, toplanışa əsas milli yığma komandanın məşqçilərinin iştirakı və Məşqçilər Komitəsinin nəzarəti altında U-21 və U-19 yığmalarının köməkçi məşqçilərinin rəhbərlik etməsi qərara alınıb.

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv