Azərbaycan yollarında qanlı həftəsonu: 8 ölü, 9 yaralı

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 8 nəfər ölüb, 9 nəfər xəsarət alıb.