Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı məlum oldu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunlarının vaxtı açıqlanıb.

Yenicag.az xəbər verir ki, Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, qarşılaşmalar aprelin 15-də olacaq.

“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq turda ilk görüş MOİK və “Murov” komandaları arasında gerçəkləşəcək. Oyun saat 15:00-da başlayacaq.

Bu matçdan iki saat sonra isə “Ekspress” “Sərhədçi” ilə üz-üzə gələcək.