Azərbaycan – Yunanıstan oyununun təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan millisinin Bakıda Yunanıstana qarşı keçirəcəyi AVRO-2026-nın əsas mərhələsinin oyunu üçün təyinatlar bəlli olub.

Yenicag.az xəbər verir ki, qarşılaşmaya Norveç və Almaniyadan olan hakimlər təyinat alıblar.

Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.

Qeyd edək ki, Azərbaycan – Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.