!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana 18 sm qar yağdı - Faktiki hava

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 15-i gündüzdən 16-sı səhərədək müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, bu müddət ərzində ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm (aylıq normanın 41 faizi), Lənkəran-Astara zonasında 30 mm (aylıq normanın 32 faizi), Mərkəzi Aran rayonlarında 23 mm (aylıq normanın 85 faizi), Böyük Qafqazda 7 mm, Kiçik Qafqazda 6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 18 sm, Lerikdə 15 sm, Yardımlıda 10 sm, Şahdağda 7 sm, Daşkəsən, Göygöl, Xaltanda 5 sm, Altıağacda 4 sm, Sarıbaş, Qrızda 3 sm, Kişçay, Xınalıqda 2 sm, Mərəzə, Qusarda 1 sm olub.

www.yenicag.az

2864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv