!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana 30 santimetr qar yağdı

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometerologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, yanvarın 25-i səhərədək ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı Lerikdə 9 mm, Altıağacda 5 mm, Quba, Xaltan, Astara, Ağdərədə 4 mm, Ordubadda 3 mm, Qusar, Qrız, Xaçmazda 2 mm, Nabran, Xınalıq, Şabran, Yardımlı, Mərəzə, Gədəbəy, Daşkəsən, Şahbuz, Biləsuvar və Naxçıvanda 1 mm, Maştağada 4 mm, Bakı və Binədə 3 mm, Sumqayıt və Zabratda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü: Ağdərədə (Ordubad)30 sm, Altıağac, Lerikdə 17 sm, Xaltan və Qrızda 10 sm, Xınalıqda 9 sm, Qubada 7 sm, Sarıbaşda (Qax) 6 sm, Qusarda 4 sm, Şahbuzda 2 sm, Nabran, Yardımlı və Ordubadda 1 sm olub.

Havanın minimal temperaturu Bakıda 0 dərəcəyə yaxın, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 16-19 dərəcə şaxta olub.

www.yenicag.az

1044
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv