Ötən gün Azərbaycana daha 648 000 doz peyvənd gətirilib.
Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, indiyədək ölkəyə cəmi 848 min doz vaksin gətirilib.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb. Fevralın 8-dən isə Azərbaycanda 65 yaşdan yuxarı şəxslər COVID-19 infeksiyasına qarşı vaksinasiya olunacaqlar.