!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana dost olmayan ölkələrə CİDDİ MESAJ - "Əməkdaşlıq bununla məhdudlaşmayacaq" - ŞƏRH

!Reklam – Yazi

“Pakistanın xüsusi təyinatlı qüvvələrinin Azərbaycan Xüsus Təyinatlı Qüvvələrinin bazasında təlim keçməsi onu deməyə əsas verir ki, Azərbaycan Pakistana Türkiyə qədər inanır və güvənir”.

Bunu Türkiyə, Azərbaycan və Pakistan xüsusi təyinatlı qüvvələrinin Azərbaycanda təlim keçməsi və Pakistanla hərbi əməkdaşlığın prespektivlərini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Türkiyə ordusu ilə Azərbaycan ordusunun təlim təcrübələri var idi, müharibə isə yeni reallıqlar yaratdı:

“Müharibə zamanı türkiyəli zabitlər birbaşa gedişatı izlədi, müharibədən sonra isə onu incələdilər. Ortaya yeni preoritetlər çıxdı. Hansı silahlı qüvvələrin hansı təlimlərə cəlb edilməsi məlum oldu. Türkiyə ilə hərbi təlimlərin bir hissəsi planlı idi. Türkiyə heyəti Azərbaycanda olduğundan dolayı və Şuşa Bəyannaməsindən sonra təsdiqləndi ki, intensivlik artırılmalıdır və silahlı qüvvələr içərisində keçirilən təlimlərdə heyətlərin də sayı artırılmalıdır.

Pakistanın Silahlı Qüvvələrinin Baş qərargah rəisi və Quru Qoşunları komandanı da Azərbaycana səfərə gəlmişdi. 2019-cu ildə Azərbaycanın müdafiə naziri Pakistanın dövlət müstəqilliyi günündə orada iştirak etmişdi, paradda Azərbaycandan olan heyət iştirak etmişdi. Bu mesajlar Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq yönündə addımlar atıldığını göstərirdi. Hər halda iki ölkə arasında razılaşmalar da mövcud idi.

Müharibənin nəticəsi Pakistanın Azərbaycana olan hərbi marağını bir qədər də artırdı. Pakistan müharibəni və Azərbaycanın preoritetlərini incələdi. Pakistan Azərbaycana hərbi təchizat, silah-sursat və hərbi sənaye sahəsində nələr lazım ola biləcəyini hesabladı. Azərbaycanda Türkiyə, Azərbaycan, Pakistan parlament sədrləri arasında Bakı Bəyannaməsi imzalandı. Bütün bunlar siyasətdən daha çox hərbiləşdirilmiş mesajlar idi. Bunlar praktikaya çevrilməli idi. Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlər bizim üçün gözlənilməz və yenilik deyildi”.

Pakistanın xüsusi təyinatlarının Azərbaycanda hərbi təlimlər keçirməsinə gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Pakistanın xüsusi təyinatlı qüvvələrinin Azərbaycanda xüsusi təyinatlıların bazasında hərbi təlim keçməsi Azərbaycana dost olmayan ölkələrə ciddi, çox güclü mesajdır. Bizim özümüz üçün əlçatmaz, tamamilə məxfi olan xüsusi təyinatlıların bazasında Pakistanın xüsusi təyinatlarının təlim görməsi çox ciddi bir məsələdir. Belə bir məxfi bazaya hansı ölkə üçün öz qapısını açar? Təbii ki, özünə qardaş saydığı ölkəyə. Necə ki, həmin təlimin adını “Üç Qardaş” qoydular. Artıq siyasi iradə də hərbi iradəni bir qədər yönləndirir. Artıq o mesaj verilir ki, Azərbaycan Türkiyə ilə hansı münasibətdə idisə, Pakistanla da o cür olacaq. Sadəcə bu məsələdə narahatçılıq ondan ibarətdir ki, Pakistan məsafə olaraq uzaqdır.

Düşünürəm ki, Pakistanla əməkdaşlıq bununla məhdudlaşmayacaq. Gələcəkdə Pakistan hərbi sənaye olaraq Azərbaycanda mövcud olacaq. Pakistanın çox böyük hərbi sənayesi mövcuddur. Pakistan atom silahı olan yegan islam dövlətidir. Türkiyə Azərbaycana qardaş dövlətdir. Həri güc olaraq Pakistan Türkiyədən də güclü dövlətdir. Əsas odur ki, işlər başlanıb. Önümüzdəki yaxın aylarda yeni hərbi siyasi əlaqələrin olacağını görəcəyik. Ola bilsin ki, ictimaiyyət bunu tam həcmli bilməyəcək. Çox güclü proses gedəcək. Bu da təbii ki, Azərbaycana dost olmayan ölkələrə mesajdır. Pakistanla bu cür yaxınlaşmaq Azərbaycanın əlini həm Ermənistana, həm də Ermənistanla eyni cəbhədə olanlara qarşı gücləndirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

1020
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv