!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana ən çox hansı xarici ölkələr birbaşa investisiya yatırıb?

!Reklam – Yazi

2022-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 6,276 milyard ABŞ dolları təşkil edib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 30,9 % çoxdur.

Hesabat dövründə investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 71 % olub ki, bu da 1 il əvvələ nisbətən 12,5 faiz bəndi azdır.

Ötən il Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların 28 %-i və ya 1 milyard 759,9 milyon ABŞ dolları Birləşmiş Krallığın (2021-ci illə müqayisədə 10,9 % çox), 18,9 %-i və ya 1 milyard 187,1 milyon ABŞ dolları Türkiyənin (60,4 % çox), 13,2 %-i və ya 825,7 milyon ABŞ dolları Kiprin (2,6 dəfə çox), 8,3%-i və ya 517,9 milyon ABŞ dolları Rusiyanın (10,2 dəfə çox), 5,7 %-i və ya 359,9 milyon ABŞ dolları İranın (34 % çox), 4,5 %-i və ya 279,4 milyon ABŞ dolları Yaponiyanın (3,5 % az), 4,4 %-i və ya 278,3 milyon ABŞ dolları ABŞ-ın (45,2 % az), 3,4 %-i və ya 213,4 milyon ABŞ dolları İsveçrənin (4,4 dəfə çox), 2,5 %-i və ya 155,9 milyon ABŞ dolları Norveçin (4,4 % az) və 1,8 %-i və ya 110,8 milyon ABŞ dolları isə Macarıstanın (79,1 dəfə çox) payına düşüb.

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv