Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana Böyük Britaniyadan 32 min turist səfər edib.
Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 23.5 % artıb.
Qeyd edək ki, 2019-cu il ərzində ötən illə müqayisədə ölkəmizə səfər edənlərin sayında 10.9 % artım müşahidə olunur.
Hazırda Azərbaycan nümayəndə heyəti Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Londonda keçirilən “Dünya Səyahət Bazarı” (“World Travel Market”) sərgisində iştirak edir.
4-6 noyabr tarixlərində keçirilən sərgidə Azərbaycan 12 turizm şirkəti ilə təmsil olunur.
Xatırladaq ki, 2018-ci ildə baş tutan “Dünya Səyahət Bazarı” sərgisində Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün ilk genişmiqyaslı təqdimatı keçirilmişdi.
Azərbaycan 2002-ci ildən etibarən “Dünya Səyahət Bazarı” sərgisində iştirak edir.
1980-ci ildən bəri hər il keçirilən sərgiyə 182 ölkədən 5 min iştirakçı və turizm sənayesinin 51 mindən çox nümayəndəsi qatılır.