Azərbaycana gələn rusiyalı turistlərin sayı artıb

2018-ci ildə Azərbaycana səfər edən rusiyalı turistlərin sayı təqribən 900 min nəfər təşkil edib. Bu, 2017-ci ilin göstəricisindən 5 faiz çoxdur.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O bildirib ki, Rusiya Azərbaycan üçün əsas və vacib turizm tərəfdaşıdır.

F.Zenqstşmid qeyd edib ki, iki ölkə arasında çox gözəl nəqliyyat əlaqəsi var, bu da turizmin inkişafı üçün mühüm əhəmiyyətə malikdir:

“Daha bir müsbət məqam dil maneəsinin olmamasıdır. Azərbaycanda əksəriyyət rus dilində əla danışır və rusiyalı qonaqlara zəruri kömək göstərməyə həmişə hazırdır. Bundan başqa, rusiyalıların Azərbaycana səyahəti üçün vizaya ehtiyac yoxdur”./Trend/