Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Azərbaycana hansı iqtisadi model uyğundur? - Sinqapur, Cənubi Koreya, yoxsa Çin?

Reklam: Sinerji Pro

“Bütövlükdə yeni iqtisadi modelin tətbiqi artıq kifayət qədər ciddi bir başlanğıcdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Azərbaycanda yeni iqtisadi modelin hazırlanması haqda fikirlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.

Azərbaycan prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər TV-yə müsahibəsində bildirib ki, ölkədə bazar iqtisadiyyatı prinsipləri əsasında yeni model hazırlanır və o model sahibkarlara daha yaxşı şəraitin yaradılmasını nəzərdə tutur.

Prezidentin köməkçisi onu da bildirib ki, yeni iqtisadi model həyata keçirilən islahatların davamıdır. Əli Həsənovun sözlərinə görə, iqtisadi sahədə həyata keçirilən islahatlar artıq başlanğıc mərhələsində öz effektini verib. Bunun ən bariz nümunəsi vergi və gömrük daxilolmalarındakı artımdır.

Yenicag.az-a açıqlamasında ölkədə tətbiq olunacağı anons edilən yeni iqtisadi model haqqında danışan millət vəkili Fazil Mustafa Azərbaycan üçün daha münasib olan variantı da açıqlayıb:
“Yeni iqtisadi model dedikdə, bu barədə konkret danışa bilmək üçün onun konturları məlum olmalıdır. Bu çərçivədə islahatlardan söhbət gedirsə, Azərbaycanda özünəməxsus iqtisadi model mövcuddur və burada əsas zərurət hüququn işləməsi, sahibkarlığın qorunması ilə bağlıdır.

Əgər addımlar konkret bu istiqamətlərdə atılacaqsa, məncə, bu, kifayət edəcək. İqtisadiyyatda müəyyən rəqabət mühitinin bərpası və hər hansı formada rəqabətdən kənar fəaliyyətin qarşısının alınması bəsit bir mexanizmdir. Dəyişikliklər qeyd olunan məsələləri əhatə edəcəksə, bu, başqa məsələ.

Ancaq bütövlükdə yeni iqtisadi modelin tətbiqi artıq kifayət qədər ciddi bir başlanğıcdır. Onun konturları açılmalıdır ki, bizim ümumi şəkildə deyil, konkret münasibət bildirməyimiz mümkün olsun.

Yəni hansı modelə keçəcəyimizi bilmirik. Sinqapur, Cənubi Koreya, yoxsa Çin modelinə keçəcəyik, məlum deyil. Şəxsən mən daha çox Çin modelinə üstünlük verərdim. Çin modeli müharibə vəziyyətində olan ölkələr üçün daha uyğundur. O model əsasında həm də iqtisadiyyatda tam liberallaşmaya nail olmaq mümkündür”.

A.Zeynalov

www.yenicag.az

4132
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM