Azərbaycana hansı vətəndaşlar gələ bilər? – AÇIQLAMA

“Azərbaycan Hava Yolları” QSC Azərbaycana hansı vətəndaşların gələ biləcəyi ilə bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, məlumatda deyilir:

“Xatırladırıq ki, AZAL-ın xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

– Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr”.