Azərbaycana hörmətsizlik edən Kabalye həbs edildi

5c447e1add08de46bbc78b0ea1c8afdbMəşhur opera müğənnisi Monserat Kabalye fırıldaqçılığa görə 6 aylıq həbs olunub.

Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.

Məlumata əsasən Barselona şəhər məhkəməsinin qərarına görə, 82 yaşlı Kabalye 255 min avro cərimələnib.

Onun günahını etiraf etdiyi bildirilir. Bu arada müğənninin özü səhhətindəki problemlərlə bağlı məhkəmə zalında olmayıb. O, məhkəməyə video konfrans vasitəsilə evdən qatılıb.

2014-cü ilin aprel ayında Barselona Prokurorluğu Kabalyeni 500 min avro miqdarında vergidən yayınmaqda ittiham edib.

Qeyd edək ki, Monserrat Kabalye dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində səfər edib. Bununla bağlı onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin `qara siyahı`sına salınıb.