Azərbaycana ilk başsağlığı Ərdoğandan gəldi

erdogTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Günəşli” neft yatağında baş vermiş yanğın nəticəsində həyatını itirənlərə görə prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Ərdoğan mesajında dünən Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirən 30 nəfərə görə çox kədərli olduğunu bildirib.

Təziyə mesajında “Millətim və şəxsim adına, yanğında həyatını itirənlərə Allahdan rəhmət və yaralılara şəfa diləyirəm” ifadəsini işlədən Ərdoğan Əliyevə həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.