!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana işləyən erməni mayor tutuldu

!Reklam – Yazi

D1B9023A-34E0-4642-B315-AD55C9E6830B_cx0_cy3_cw0_w900_r1_s_r1Ermənistan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Armavir vilayətinin sakini, ehtiyatda olan 38 yaşlı mayor Qarik Xaçikoviç Marutunyanı həbs edib.

AzVision.az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, o, uzun müddət Azərbaycan xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunur.

Ermənistan MTN-nin məlumatında qeyd olunur ki, ehtiyatda olan Qarik Xaçikoviç Marutunyan müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi vəzifəsində olduğu zaman sosial şəbəkələr vasitəsilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan xüsusi xidmət orqanları ilə əlaqə yaradıb və pul qarşılığında dövlət sirləri də daxil olmaqla önəmli məlumatları qarşı tərəfə ötürürmüş.

Qaqik Marutunyana dövlətə xəyanətə maddəsi ilə cinayət işi açılıb.

Hazırda araşdırma davam edir.

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv