“Nə qədər çox test edilsə xəstəlik vaxtında aşkar edilə bilər”.
Yenicag.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib.
“Hazırda Azərbaycanda 18 laboratoriya mövcuddur. Halbuki bu say 2 idi. Bu sistem mütəmadi şəkildə monitorinq olunur”, – Hande Harmancı vurğulayıb.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə əlavə edib ki, ölkədə istifadə olunan testlər Almaniya və Avropa istehsalıdır:
“Çox test edib az xəstə çıxır və bu da sevindiricidir. Test etmək imkanlarımız çox genişlənib”.