Azərbaycana koronavirusu 45 dəqiqəyə təyin edən testlər gətirilir

Gələcəkdə Azərbaycanda da koronavirusun təyini ilə bağlı ekspres testlər tətbiq ediləcək.

Yenicag.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, bu testlər vasitəsilə müayinəni 45 dəqiqə ərzində aparmaq mümkün olacaq.

C.Süleymanova əlavə edib ki, Azərbaycanda testlərin aparılması ilə bağlı çox unikal sistem yaradılıb. İnsanlardan nümunələr götürülür və təcili tibbi yardım maşınları ilə laboratoriyalara çatdırılır:

“Bu, insanları daha təhlükəli vəziyyətə düşməkdən qoruyur. Bu halda insanda virus yoxdursa, birbaşa özünün xəstəxanaya getməməsi onu qoruyur. Hazırda isə testin cavablı laboratoriyaya çatdırıldıqdan sonra ən azı 6-7 saat ərzində məlum olur”.