Azərbaycana məxsus iki ədəd PUA vurulub? – MN-dən AÇIQLAMA

Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır.