!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qaçan erməniyə vətəndaşlıq veriləcək?

!Reklam – Yazi

martirosyanSentyabrın 17-də ailəsi ilə birlikdə ölkəmizə qaçan Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyana Azərbaycan vətəndaşlığının verilib-verilməməsi ilə bağlı məsələ sual altındadır.

Bunu açıqlamasında İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Bildirib ki, hazırda Vaan Martirosyan və ailəsi üçüncü ölkəyə getmək istəmir: “Hələ ki, üçüncü ölkəyə getmək istəmirlər. Çünki Bakı çox xoşlarına gəlib. Hazırda Azərbaycanda 30 min erməni yaşayır. Vaan Martirosyana da Azərbaycan vətəndaşlığının verilməsi onun özündən asılıdır. Amma hələ ki bu barədə söhbətimiz olmayıb”.

Novella Cəfəroğlu Vaan Martirosyanın Ermənistanda olan ailəsinin qoruma altında olduğunu vurğulayıb: “Özü şəxsən bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə görüşüb. Ailəsinin qoruma altına alınmasını xahiş edib”.

Qeyd edək ki, “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan rəsmi Bakıdan siyasi sığınacaq istəyib. O, sentyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, rəhbərlik etdiyi təşkilatın Sarkisyan hakimiyyətinə qarşı müxalif fəaliyyəti səbəbindən Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. Bu səbəbdən də, o, özünün və ailəsinin təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib(aznews).

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv