!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qarşı açılan CƏBHƏ: "Ermənistan müşahidəçiləri ora yerləşdirməklə istəyir ki..."

!Reklam – Yazi

“Hərbi yanaşmamız, Şuşa-Xankəndi yolunda olan ekoloqların zəhməti hələ ki diplomatiyamızın, informasiya siyasətimizin zəifliyi ucbatından layiqli nəticəsini vermir”.

Bu sözləri Ermənistan xarici işlər nazirinin Laçın dəhlizinin açılması ilə bağlı fikirlərini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Ermənistan hərb yoluna zəmin yaratmaq siyasəti yeridir:

“Sentyabr ayındakı sərhəd toqquşmasından sonra Avropadan olan müşahidəçiləri Ermənistana dəvət etdilər. Həmin nümayəndə heyəti 2 il orada olacaq. Erməni tərəfi diplomatik yolla tam şəkildə hücuma keçib. Azərbaycan informasiya resursları və diplomatiyası eyforiyadadır. Erməni tərəfi əvvəl BMT-də, indi də Avropa ölkələrində və institutlarında Azərbaycana qarşı qərarlar qəbul etdirmək yolunu tutub. Bilir ki, güc yolu ilə mümkün deyil. Sərhəddə erməni tərəfi bərkitmə işləri aparır. Uzaq vuran artilleriya, silah tədarükü görülür. Yəni həm müşahidəçiləri, həm də qüvvələrini yerləşdirməklə istəyir ki, Azərbaycanın mümkün hər hansısa əməliyyatının qarşısını alsın. Beynəlxalq müşahidəçilər olanda sərhəddə atışmalar mümkünsüz olur.

Qarabağdakı qanunsuz erməni silahlı dəstələrini Rusiya çıxarmalı idi, ancaq bunu etmir. Əksinə, orada olan silahlılar bu müddət ərzində nizami ordu halına gəlib. Onlar vasitəsi ilə hərbi əməliyyatın keçiriləcəyi mümkün görünür. Bununla belə, beynəlxalq aləmdə, əsasən də, Avropada buna diplomatik səviyyədə zəmin hazırlayırlar. Digər tərəfdən, içəridən də pelə bir propoqanda aparırlar ki, mağmın erməni xalqı qaniçən türklərin əlində ac-yalavac qalıb. Əslində, bilirik ki, bu belə deyil. Orada blokada da yoxdur. Alternativ yollar var. Həmin yüklər keçirilir. Erməni tərəfi təxribata gedəndə onların cavabını verəcək. Beləcə dünyanın diqqətini Qarabağa çəkmiş olacaqlar. Plan bundan ibarətdir. Bu yöndə də işlər gedir. Təəssüflər olsun ki, hərbi yanaşmamız, orada olan ekoloqların zəhməti hələ ki diplomatiyamızın, informasiya siyasətimizin zəifliyi ucbatından layiqli nəticəsini vermir”.

Səxavət Məmməd

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv