!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qarşı `bot`lar yenidən iş başında

!Reklam – Yazi

12282797_10206831481361074_2033361293_nAmnesty International Azərbaycan əleyhinə kampaniyaya başlayıb.

Xəbər verdiyimiz kimi, Arif Yunus həbsdən ev dustaqlığına buraxılan kimi onun müdafiəçiləri “Tvitter” sosial şəbəkəsində “bot”larını işə salaraq, Azərbaycana qarşı kampaniyaya başlamışdılar.

Həmin kampaniya bu gün yenidən start götürüb. Bu dəfə yüzlərlə saxta tvit hesabından “Azərbaycanda həbs olunmuş Leyla və Arif Yunusu azad et və onları qovuşdur” sözlərini yazaraq e-activist.com saytında Leyla Yunusun azad edilməsi ilə bağlı Amnesty İnternational-ın başlatdığı kampaniya xəbərini paylaşıblar.

Qəribədir ki, botların paylaşdığı cümlə, hələ avqustda həyata keçirdikləri analoji kampaniya zamanı paylaşdıqları cümlə ilə eynidir. Bu isə o deməkdir ki, budəfəki kampaniya da eyni mərkəz tərəfindən idarə olunur. Bir məqama da diqqət yetirək. Botların e-activist.com saytından paylaşdığı məqalə, Arif Yunus azad olunduqdan sonra yazılan bir məqalədir. Bakı Apelyasiya məhkəməsi Arif Yunus barəsində həbs qətiimkan tədbirinin aradan qaldırılmasına noyabrın 12-də qərar verib. Necə olur ki, eyni məqalə 3 ay əvvəl – avqust ayında paylaşılan tvitlərdə də görünür?!

12277977_10206831481481077_1982530970_n

 

 

Bütün tvitlər #Azerbaijan, #FreeTheYunus haştaqı ilə paylaşılıb. #Azerbaijan haştaqının əlavə olunmasında məqsəd həm də fürsətdən istifadə edərək, həmin haştaqı Azərbaycan əleyhinə mənfi yüklü xəbərlə doldurmaqdır.

Botların `Tvitter`də yaratdığı vəziyyəti BURADAN görə bilərsiniz.

Əlbəttə, bu botların konkret kim tərəfindən idarə olunduğunu demək çətindir. Lakin aydındır ki, Arif Yunus təcridxanada olanda bu faktdan istifadə edərək, Azərbaycanı pisləməyə çalışanlar kimlər idisə, onun buraxılmasından faydalanaraq, yenə Azərbaycanı pisləməyə çalışan da eyni şəxslərdir(Azvision).

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv