Reklam

Azərbaycana qarşı daha bir erməni təxribatı - FOTOLAR, VİDEO

Reklam

Ötən gün Moskvada Ximki rayonunda “Fight Nights Globala MMA” qaydasız döyüş üzrə keçirilən turnirdə Azərbaycana qarşı təxribata yol verilib.

Bu barədə musavat.com-a ASGA Rusiya nümayəndəliyinin rəhbəri, diaspor üzrə ekspert Toğrul Allahverdili məlumat verib.

Məlumata görə, ötən gün Moskvanın Ximki rayanunda “Fight Nights Globala MMA” turnirində həmyerlimiz Elnar İbrahimov və Rusiya təmsilçisi Vartan Asatryanın arasında döyüş keçirilib. Həmin qarşılaşma zamanı erməni əsilli döyüşçü qalib gəldikdən sonra qondarma Dağlıq Qarabağa məxsus “bayrağ”ı hər kəsin gözü qarşısında qaldırıb.

T.Allahverdilinin sözlərinə görə, ən qəribə məqam isə, erməni idmançının Rusiyanı təmsil etməsinə baxmayaraq, Rusiya bayrağını qaldırmaması olub: “Bütün bu təxribat Moskva regional bədən tərbiyəsi və idman naziri Roman Teryuşkovun gözləri qarşısında baş verib. Ümüd edirik ki, Rusiya hökuməti Rusiya və Azərbaycana qarşı baş verən bu təxribatı araşdıracaq və günahkarlar cəzalandırılacaq”.

Yarışdan foto və videogörüntünü təqdim edirik:

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 67
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.