Azərbaycana qarşı psixoloji MÜHARİBƏ aparılır: Ermənistandan absurd İDDİA – Səxavət Məmməd yazır

Azərbaycanla Ermənistan arasındakı gərginliyi dünyada baş verən proseslərin davamı, bir parçası kimi baxmasaq, içindən çıxa bilməyəcəyimiz suallarla qarşı-qarşıya qalacağıq. Misal üçün ən çox verilən suallar bunlardır: “Bəs sülh bağlanırdı, nə oldu qəflətən?”, “Ermənistanın gücü var ki, müharibə etsin?”, “Bu dəfə müharibə olsa, nə baş verəcək?”

Sizi kim demişdi ki, müharibə bitib? 44 günlük müharibə bitən kimi “müharibə hələ indi başlayır” yazanda çoxusu məni topa tutmuşdu. Rusiya-Ukrayna müharibəsi başlayanda da yazırdım, dünya elə bir vəziyyətə gələcək ki, dövlətlər var olmaq üçün savaşacaq. Böyük dövlətlərin atdığı addımlar maraqlarından irəli gəlirsə, kiçik dövlətlərinki qorxu instinktindən qaynaqlanır.

Azərbaycana qarşı təhdid və təzyiqlər var. Bunu rəsmi qurumların bəyanatından da açıq şəkildə görə bilərik. Yeri gəlmişkən, rəsmi qurumlar bəyanatında Ermənistana barmaq siləkələsə də, günahkar kimi Fransa və ABŞ-ni tənqid edir. Bəli, ya zəlzələdən, ya vəlvələdən vəziyyət elə həddə gəlib çatıb ki, Azərbaycan Qərb cəbhəsinin qarşısında yer alıb. Ermənistan isə tam əksinə.

Rusiya-Ukrayna müharbəsi başlamazdan əvvəlki proseslərə diqqət edin. ABŞ və Qərb ölkələri Ukraynada hansı fəaliyyətlə məşğul idilərsə, eynisini Ermənistanda həyata keçirirlər.

Açıq şəkildə Azərbaycana qarşı pisixolji müharibə aparılır. Bunu ən çox da Ermənistan mediası həyata keçirir. Azərbaycan mediası Ermənistan mediasının əlində əsir-yesir qalıb. Sənini əsgərin sərhəddə möhkəm dayana bilər. Ancaq əsgərin başının üstündən atılan informasya bombaları cəmiyyətin içərisinə düşür. Bunun üçün qabaqlayıcı hansı tədbirlər görülüb?

Bütün proseslərlə bağlı ilk informasiya Ermənistan mediasından öyrənilir. O gün durduq yerə yazmırdım ki, Ermənistan mediası üçüncü müharibəni müzakirə edir, Azərbaycan mediası hələ də Ağadadaş Ağayevin baltasını…

Ermənistan tərəfi iddia edir ki, Azərbaycan Süniki işğal edəcək. Hətta adı gedən rayonda bomba sığınacaqlarının yoxlanılması, müharibə olacağı təqdirdə, insanların necə davranacağı test edilir. Biz nə edirik? Deyim də, nə edirik? Cəmiyyəti maarifləndirməli, prosesləri real qiymətləndirməli olan ekspert çıxıb deyirdi ki, Ermənistan ordusu qələt edir, Azərbaycan sərhədinə yaxın gələ bilməz. İndi həmin adamlar Ermənistanı eskolasiya yaratamaqda ittiham edir. Həmin çıxışları bəh-bəhlə yayımlayan media çıxıb, həmin şəxslərin dərisini boğazından çıxarmır ki, nə oldu? Qınamıram. Hər kəs kəmiyyətə köklənib.

Baş verənlərlə bağlı yazı və çıxışlara sosial şəbəkələrdən gələn rəylərə baxıram. 90 faiz rəylər belədir: “Camaatın vəziyyəti ağırdır, bundan danışın”, “Bu dəfə də getsin məmur balaları döyüşsun”, “Can qoyan oğlanların əlilliyin verdilər ki, biz də gedək”.

İnformasiya müharibəsi dövlətin maraqları hara qədər gedirsə, ora qədər aparılmalıdır. Yəni dövlətin Keniya ilə bağlı marağı varsa, ora qədər informasiyası çatmalıdır. Bizdə hara qədər çatır? Dövlətin Cənubi Qafqazdan Rusiyaya, Türkiyəyə, Avropaya, Amerikaya, Pakistana, İsrailə qədər uzanan maraqları var. İnformasiya isə Biləcəridən o yana keçmir. Bir ara dəb düşmüşdü az qala, hər saytın erməni dilində versiyası açılmışdı. O saytlardakı erməni dilində xəbərlərə heç Ermənistanda belə, baxan olurdu? Axırı nə oldu o söhbətin?

Azərbaycana qarşı ağır psixoloji müharibə aparılır. Ermənistan mediası bu məsələni elə bir həddə çatıdırıb ki, prosesdə qarşı tərəfin günahkar olduğunu deyəndə cəmiyyət linç edir, hökumətə ruporluqda ittiham edir. Həmişəki kimi Azərbaycan mediasının işi “mina təmizləmək”, təkzib etməkdir.

Dünən sərhəddə təxribat törədilib, bu gün mətbuata açıqlama verilir. İstirahət çox önəmlidir! Hər belə açıqlamadan sonra Ermənistan tərəfi təkzib verir. Olmazmı ki, o təxribatlar video görüntülürələ birgə yaymılansın? Desəm ki, kamera yoxdur, yalan olacaq. Faktiki olaraq, Ermənistan üzərinə gəlir, beynəlxalq ictimayyətdə Azərbaycanı aqressor kimi tanıtmağa çalışır. Bunu faş etmək o qədər çətin olmamalıdır axı.

Hesab edirəm ki, Azərbaycana qarşı aparılan psixoloji müharibə bir müddət sonra daha da kəsikinləşəcək. Buna psixologiyası pozulmuş, aqressivləşmiş cəmiyyətlə necə qarşılıq vermək olacaq, bilmirəm. Bir onu bilirəm ki, psixoloji müharibənin nəticələri bəzən sahədəki real mühribədən daha ağır olur.

COP29