“Azərbaycana qarşı təhdid olan mina məsələsi gündəmdə olub” – XİN

“Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Azərbaycan və Ermənistasnın iddiaları ilə əlaqədar verilən müvafiq qərar qəbul edilib. Bu qərar çərçivəsində Azərbaycanın, müvafiq olaraq Ermənistanın azərbaycanlılara qarşı törətdiyi insan hüquqları və etnik təmizləmə siyasəti ilə bağlı iddialar var”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açlqlanasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

“Bu iddialar çərçivəsində də Azərbaycana qarşı təhdid olan mina məsələsi gündəmdə olub. Azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinə məhkəmə tərəfindən nəzərdən keçirilməsi mahiyyəti üzrə baxılacaq. Bu barədə məhkəmə qərarı mövcuddur.

Biz hesab edirik ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda arbitraj prosesləri çərçivəsində Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək”./unikal

COP29