Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Azərbaycana rahatlıqla borc verən ölkələrin sayı artıb” – Ziyad Səmədzadə

Reklam: High Technic

“Biz borc almaqla yanaşı, borc verməklə də məşğul olan bir ölkəyik”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il dövlət büdcəsinin icra vəziyyətinin müzakirəsi zamanı məruzə edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri çıxışında prezident İlham Əliyevin xarici ölkələrdən borc almaq meyarı ilə bağlı tapşırığını da xatırladıb:
“Biz həm borc alan, həm də artıq borc verən, investisiya qoyan ölkəyə çevrilmişik. Azərbaycan bu gün o qədər güclü ölkəyə çevrilib, güclü iqtisadiyyata malik olub ki, ölkəmizə rahatlıqla borc vermək istəyənlərin sayı xeyli artıb.

Ancaq ölkə prezidenti də tapşırıb ki, xarici borcu ancaq ən vacib layihələr üçün almaq lazımdır. Yəni, biz borc almaqla yanaşı, borc verməklə də məşğul olan bir ölkəyik.

Xarici borclanmamız ildən-ilə azalır və yaxın gələcəkdə bu, daha da aşağıya endiriləcək. Ölkəmizin buna potensialı var”.

www.yenicag.az

3319
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM