!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana şər atdı, Türkiyədə yaxalandı

!Reklam – Yazi

gazeteci-bulent-kenes-serbest-birakildiTürkiyədə prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə şübhəli bilinən qəzetin baş redaktoru həbs edilib.

APA-nın verdiyi məlumata görə, “Today’s Zaman” qəzetinin baş redaktoru Bülənt Keneş İstanbuldakı ofisində saxlanılıb.

Məlumata görə, həbsə səbəb onun Twitter səhifəsindəki yazıları olub. Bülənt Keneş bütün ittihamları rədd edərək, heç kimi təhqir etmədiyini bildirib.

Qeyd edək ki, B.Keneş bu ilin iyununda analoji ittihama görə şərti olaraq 21 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Yenicag.az xatırladır ki, Keneş keçən il Gülənin Azərbaycandakı liseyləri bağlandığı zaman Ərdoğanın Azərbaycanın Türkiyədəki sərmayəsinə mane olmaqla şantaj etdiyini yazmışdı. Xatırladaq ki, bu yazı “Today`s Zaman”ın Azərbaycana qarşı ilk yazısı deyildi. Qəzet “Vaşinqton Post”un yolunu gedərək, zaman-zaman Azərbaycana qarşı qarayaxma kampaniyalarında iştirak edib.

Screenshot_2014-08-26-16-28-44

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv