Azərbaycana siyasi dividentlər gətirən TƏDBİR: “COP29 ölkəmiz üçün əhəmiyyətli hadisədir”

“Bu həm bizim üçün siyasi dividentləri gətirən tədbirdir, digər tərəfdən bu tədbir ətraf mühit problemləri ilə birbaşa bağlı olduğuna görə Azərbaycanın ekoloji, ətraf mühit problemlərini diqqət mərkəzinə gətirilməsi nöqteyi nəzərindən əlbəttə, xüsusi təsirə malik bir tədbirdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti və Azərbaycana gətirəcəyi perespektivlər barədə danışan ekoloq Cəmşid Bəxtiyar deyib.

Onun sözlərinə görə, COP29-un yəni BMT-nin iqlim dəyişiklikləri üzrə tərəfdaşlıq konfrasının 29-cu toplantısının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir hadisədir:

“Bu həm bizim üçün siyasi dividentləri gətirən tədbirdir, digər tərəfdən bu tədbir ətraf mühit problemləri ilə birbaşa bağlı olduğuna görə Azərbaycanın ekoloji, ətraf mühit problemlərini diqqət mərkəzinə gətirilməsi nöqteyi-nəzərindən xüsusi təsirə malik bir tədbirdir. Ekoloqlar olaraq biz həmişə ətraf mühit problemlərindən danışarkən ilk növbədə bu problemin birbaşa qərar vermə səlahiyyətinə malik dövlət adamlarının diqqətinə çatmasını xüsusi nəzərdə tutur, buna xüsusi önəm veririk. Məsələn, biri var bu problemlər haqqında danışarkən onu sadə oxucu olan vətəndaşların diqqətinə çatır, sadə vətəndaşlar bundan xəbərdar olur, lakin onların bu problemlərin həllinə cəhd edə biləcək xüsusi statusu yoxdur.
Ola bilər ki, kiməsə bu problemlər doğma görünsün və ətraf mühitin çirklənməsində bu vaxta kimi yol verdiyi səhvlərə yol verməsin. Əlbəttə, bu da bizim üçün önəmlidir. Bunu da qarşımıza bir hədəf kimi qoymuşuq.
Lakin bir məqam da var ki, xüsusi dövlət səviyyəsində olan bir tədbirin lazım olduğu halda bu addımı atmağa, qərar verməyə səlahiyyətli olan dövlət məmurunu diqqətinə çatdırmış olaq və o özü təşəbbüsü ələ alaraq, bu yöndə hər hansı addım atsın”.

C.Bəxtiyar qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi, ümumiyyətlə, bu tədbirin özü qlobal səviyyəli bir tədbir olaraq, hansı ölkədə keçirilməsindən asılı olmayaraq, konfrasın özü bu baxımdan çox əhəmiyyətlidir:

“Çünki burada birbaşa səlahiyyətli dövlət adamları iştirak edir. Onlar bu problemlərin həlli yolunda addımların atılması barədə qərarlar qəbul edirlər və daha sonra isə həmin addımların atılması ilə bağlı fəaliyyət həyata keçirirlər. Bu problemlərin bir qismi Azərbaycana da aiddir. Ölkəmizdə də səhralaşma, şoranlaşma prosesi get-gedə dərinləşməkdədir və bu problemlərin qarşısının alınması üçün əlbəttə ki, səlahiyyətlilərin verə biləcəyi qərarlara böyük ehtiyacımız var”.

İsmayıl Bakuvi

COP29