!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - Xəbərdarlıq

!Reklam – Yazi

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, təşkilatın ekspertləri atmosferdəki dəyişikliklər və iqlim şəraitinin təsirləri nəticəsində, bir çox bölgədə temperaturun əhəmiyyətli dərəcədə aşağı olacağını proqnozlaşdırır. Bu proqnoz qış aylarında sərt hava şəraitinin və güclü qar yağışlarının baş verə biləcəyini göstərir.

Hava şəraitinin qeyri-müəyyənliyi cəmiyyətin qışa hazırlığını artırır və enerji istehlakı, kənd təsərrüfatı və digər sahələrdə təsirlərə səbəb olacaq. İndi isə VMO-nun təqdim etdiyi məlumatları daha yaxından nəzərdən keçirək.

Bəs, görəsən, 2024-cü ildə bizi daha sərt bir qış mövsümü gözləyir?

Məsələ ilə bağlı danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev News24.az-a bildirib ki, iqlim dəyişikliyi və hava şəraitinin dəyişkənliyi nəticəsində, bu qışın temperaturunun normadan aşağı olacağına dair proqnozları real hesab etmək olar:

“Ümumiyyətlə, əvvəlki illərdə Azərbaycanda qış son 2 ilə nisbətən daha soyuq keçirdi. Vaxtilə ölkəmizdə soyuq keçən qışa görə heyvanllar, bitkilər çox əziyyət çəkirdi. Yay aylarında bir sıra rayonlarımızda güclü daşqınlar oldu, sel keçdi. Buna görə də düşünürəm ki, soyuq hava ili 4 illik sistem halında təkrarlanır. Bu il hava şəraitinin qış aylarında soyuq keçəcəyini deyə bilərik. Çünki bunu demək üçün əlimizdə kifayət qədər səbəb var. Beynəlxalq iqlim proqnozlarından tutmuş ölkəmizdə hazırda hökm sürən hava şəraitini nəzər alıb bu qənaətə gəlmək olar”.

Ekoloq qeyd edib ki, Yer kürəsində təkrarlanan iqlimə fikir versək, artıq hava şəraiti ciddi şəkildə dəyişir. Onun sözlərinə görə, bu proqnozlar iqlim dəyişiklikləri, atmosfer şərtlərinin dəyişməsi və əvvəlki illərdəki hava tendensiyaları əsasında hazırlanır:

“Soyuq hava dalğalarının, güclü qar yağmasının və daha aşağı temperaturun baş verməsi ehtimalı artır. İlk göstəricilər onu deməyə əsas verir ki, bu qış bizim üçün olduqca soyuq keçəcək. Ancaq dəqiq hava şəraiti yerli iqlim faktorlarından, hava sistemlərinin hərəkətindən və digər amillərdən asılıdır. Hər bölgədə hava şəraiti fərqli ola bilər, buna görə də yerli meteoroloji təşkilatların proqnozlarına diqqət yetirmək önəmlidir. Hava şəraitinin dəyişkən olduğunu unutmamaq lazımdır. Buna görə də əvvəlcədən hazırlıqlarınızı görmək faydalı ola bilər”.

COP29

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv