Azərbaycana turist axını: “Russia today” erməni planlarının alətinə çevrilib – VİDEO

Azərbaycana turist axınının güclənməsi xaricdəki düşmənləri hərəkətə keçirib.

Yenicag.az xəbər verir ki, ermənilər, xüsusilə, Yaxın Şərq ölkələrindən Azərbaycana səfər edən turistlərin sayının intensiv surətdə artmasını dayandırmaq üçün əks fəaliyyətə başlayıblar.

Onlar bu məqsədlə sosial şəbəkələrdə Azərbaycanın İslam dininə qarşı sayğısız, müsəlmanlara qarşı aqressiv olan bir ölkə kimi tanıtmağa cəhd göstərirlər.

Ermənilər bu çərçivədə Rusiyanın “Russian today” telekanalının Azərbaycan əleyhinə 2010-cu ildə hazırladığı bir materialı ərəblərin aktiv olduqları sosial şəbəkə qruplarında təkrar-təkrar paylaşaraq, ərəbləri, əsasən də, sünnilərin “həyatına təhlükə olduğunu” qabardaraq, onları Azərbaycana səfər niyyətindən daşındırmağa çalışırlar.

Qeyd edək ki, “Russian today” telekanalının rəhbəri milliyətçə erməni olan Marqarita Simonyandır.