!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycana verdiyimiz dəstək bütün dünyanın diqqətini çəkib" - TBMM sədri Mustafa Şəntop

!Reklam – Yazi

“Türkiyə ilə Azərbaycan arasında təsis edilən tarixi əməkdaşlıq və qardaşlıq hüququnun bütün türk cümhuriyyətləri üçün müstəsna örnək olduğuna inanırıq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Qırğızıstan-Türkiyə Manas Universiteti və Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) tərəfindən TBMM-nin açılışının 100-cü, türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar Bişkekdə təşkil edilən “Türk dünyasının dünəni, bu günü və gələcəyi” adlı simpoziumun açılışına göndərdiyi videomesajında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop səsləndirib.

Mustafa Şəntop İkinci Qarabağ Savaşında Türkiyənin Azərbaycana verdiyi dəstəyin bütün dünyada diqqət çəkdiyini vurğulayıb:

“Qardaşlıq hüququmuzun gərəyi kimi Azərbaycana haqlı mübarizəsində verdiyimiz qeyd-şərtsiz dəstək bütün dünyanın diqqətini çəkib. Azərbaycanla bütün sahələrdə mükəmməl səviyyədə davam edən münasibətlərimiz bundan sonra da “İki dövlət, bir millət” anlayışı çərçivəsində davam edəcək.

Azərbaycan 1918-ci ilin 28 Mayında müstəqilliyini elan etdikdən sonra iyunun 4-də Osmanlı dövləti ilə Batumda müqavilə imzalamışdı. Azərbaycan iki dövlət arasındakı siyasi, hüquqi, ticarət və hərbi sahələrdə dostluğa dayanan münasibətlər qurulmasını hökm edən bu müqavilə əsasında hər gün artan erməni və bolşevik təhdidinə qarşı Osmanlıdan hərbi yardım tələb etmişdi. Bu təhdidlərə qarşı Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu dərhal köməyə getmişdi. Türkiyə ilə Azərbaycan arasında təsis edilən tarixi əməkdaşlıq və qardaşlıq hüququnun bütün türk cümhuriyyətləri üçün müstəsna örnək olduğuna inanırıq. Mərkəzi Asiyadakı qardaşlarımızın da bu qənaəti paylaşdığını bilmək bizi məmnun edir”.

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv