Azərbaycana yeni peyvənd gətiriləcək? – AÇIQLAMA

Hələ ki, Azərbaycanda dörd növ vaksin istifadə olunur və bu da kifayətdir.

Yenicag.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında Azərbaycana yeni vaksin gətirilməsi ilə bağlı suala cavab verərkən deyib.

O qeyd edib ki, əhali üçün kifayət qədər növdə vaksin təqdim edilib: “Hesab edirəm ki, hələlik Azərbaycana yeni peyvəndin gətirilmnəsinə ehtiyac yoxdur”.

Qeyd edək ki, hazırda Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunur. Bunların hər biri keyfiyyətinə görə təsdiqlənmiş dünyanın ən öncül vaksinlərindən hesab olunur.