O, Azərbaycan xalqına çoxdan bəri “acı” olan Zəfər şərbətini daddırdı.
O, müdrik uzaqgörənlik və zərgər dəqiqliyi ilə coğrafi baxımdan bir o qədər də böyük olmayan Azərbaycanı dünyanın iqtisadi güc mərkəzlərindən birinə çevirdi.
O, siyasət aləmində “meydan sulayan” bir çox dünya liderlərinə çox incə bir tərzdə yerini göstərib, onlara master-klass keçdi.
Onun “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” ifadəsi qısa bir zamanda bir zərb-məsələ, dünyanın ayrı-ayrı ölkələrində fərqli formalarda işlədilən bir Zəfər şüarına çevrildi.
Onun rəhbərliyi altında 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilməkdədir.
Onun liderliyi ilə Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçildi.
Onun iqtidarı dövründə 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirdi. QH pandemiya ilə mübarizədə o, qlobal lider rolunu öz üzərinə götürüb həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada COVID-19 pandemiyası ilə mübarizədə çox vacib qətnamələrin qəbul edildi.
Onun rəhbərliyi altında ötən ay bütün xarici maneələri dəf edərək Azərbaycanda BMT-nin miqyasına görə ən böyük tədbirlərindən olan COP29 baş tutdu…
Saymaqla bitməyən uğurlar məhz onun adı ilə bağlıdır.
Həmin şəxs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevdir. Adını yalnız Azərbaycan tarixinə deyil, bütün türk-müsəlman xalqlarının tarixinə qızıl hərflərlə yazdıran İlham Əliyev.
Yuxarıda deyilənlər isə onun Prezidentlik bioqrafiyasının yalnız bəzi epizodlarıdır. Həmin bioqrafiya isə cild-cild kitablara sığmayacaq dərəcədə zəngindir.
24 dekabr Prezidentimizin və Ali Baş Komandanımızın doğum günüdür. Biz də dünyanın bütün guşələrindən axıb gələn təbriklərə qoşulub, cənab İlham Əliyevi təbrik edir, Azərbaycan Respublikasının tərəqqisi, Azərbaycan xalqının firavanlığı və xoşbəxt gələcəyi naminə sağlıqlı ömür arzulayırıq!
Doğum gününüz mübarək, Cənab Prezident!