!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 1 milyon vergidən yayınmaq istəyənlərin - Adları

!Reklam – Yazi

Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Dövlət Gömrük Xidmətindən Yenicag.az-a verilən məlumata görə, bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.

Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Cədvəldən də göründüyü kimi ümumilikdə 1 milyon 53 min 684 ABŞ dolları vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

 

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

 

İnvoysda

göstərilən qiymət

 

Real qiymət

 

Fərq

1 “AZFAR PROCESSİNG”              MMC 18685 ABŞ dolları 25000 ABŞ dolları 6315 ABŞ dolları
2 Yevsyutin Yuriy Stepanoviç 26616,14 ABŞ dolları 36973,73 ABŞ dolları 10357,59 ABŞ dolları
3 Nəbiyev İlham Kərəmullah oğlu 20735,18 ABŞ dolları 29994,03 ABŞ dolları 9258,85 ABŞ dolları
4 “SƏHLİYALI” Firması 17442,57 Avro 32192,84 Avro 14750,27 Avro
5 “ARSAN COMPANY”    MMC 4800 ABŞ dolları 12000 ABŞ dolları 7200 ABŞ dolları
6 “ARSAN COMPANY” MMC 28292 ABŞ dolları 42438 ABŞ dolları 14146 ABŞ dolları
7 Rəfiyev Hüseyin Oruc oğlu 12373 ABŞ dolları 19915 ABŞ dolları 7542 ABŞ dolları
8 “ŞAM – A” MMC 19385,76 ABŞ dolları 36348,30 ABŞ dolları 16962,54 ABŞ dolları
9 “VARTEX” MMC 36875,25 ABŞ dolları 47547 ABŞ dolları 10671,75 ABŞ dolları
10 Məmmədov Rizvan Novruz oğlu 11099 Avro 23316,90 Avro 12217,9 Avro
11 “BORAS” MMC 11461.50 ABŞ dolları 41472 ABŞ dolları 30010,50 ABŞ dolları
12 “Grand Reklam”  MMC 59095 ABŞ dolları 103077 ABŞ dolları 43982 ABŞ dolları
13 Esmaeil Zadeh Faridon 44349 ABŞ dolları 56658,14 ABŞ dolları 12309,14 ABŞ dolları
14 “Biznes -2017” MMC 11000 ABŞ dolları 15545 ABŞ dolları 4545 ABŞ dolları
15 “Həsənoğlu LTD “MMC 15940,45 ABŞ dolları 100414,89 ABŞ dolları 84474,44 ABŞ dolları
16 “ARMONi” MMC 66870 Avro 170191,66 Avro 103321,66 Avro
17 “SAND REGON” MMC 10274 ABŞ dolları 37000 ABŞ dolları 26726 ABŞ dolları
18 “EuroClima” MMC 94665,59 Avro 124665,59 Avro 30000 Avro
19 “Təmir Tikinti” MMC 28390 ABŞ dolları 36693 ABŞ dolları 8303 ABŞ dolları
20 “Legenda LB”MMC 44592,60 ABŞ dolları 214042,64 ABŞ dolları 169450,04 ABŞ dolları
21 “Gold Lion 999” MMC 10517 ABŞ dolları 37190,55 ABŞ dollari 26673,55 ABŞ dolları
22 “Doruk Han Group” MMC 39358,31 ABŞ dolları 51691,04 ABŞ dolları 12332,73 ABŞ dolları
23 “AZ-OIL Production Company” MMC 22050 Avro 40950 Avro 18900 Avro
24 “Planet-B” MMC 73978,50 ABŞ dolları 187875,41 ABŞ dolları 113896,91 ABŞ dolları
25 “Səma İstehsal-Kommersiya” MMC 52187,65 ABŞ dolları 64408,50 ABŞ dolları 12220,85 ABŞ dolları
26 “Çıraq İnşaat “ MMC 27423,71 ABŞ dolları 62323,72 ABŞ dolları 34900,01 ABŞ dolları
27 “Tiko Group” MMC 52127,55 ABŞ dolları 81380,12 ABŞ dolları 29252,57 ABŞ dolları
28 “Diqlas Kvant”  MMC 18020 ABŞ dolları 20070 ABŞ dolları 2050 ABŞ dolları
29 “Relax”MMC 10316,68 ABŞ dolları 32100,01 ABŞ dolları 212783,33 ABŞ dolları
30 “Turkuaz-LL “ MMC 27220 ABŞ dolları 35220 ABŞ dolları 8000 ABŞ dolları
31 “Trade Imports” MMC 22084,28 ABŞ dolları 146600 ABŞ dolları 124515,72 ABŞ dolları
  Cəmi 969733,21 ABŞ dolları 2023414,82 ABŞ dolları 1053684,61 ABŞ dolları

 

 

Yenicag.az

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv