Azərbaycanda 13 dizel mühərriki hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iyunun 4-də keçirəcəyi hərraca 8 kiçik dövlət müəssisəsi, 47 nəqliyyat vasitəsi, 13 dizel mühərriki və 24,5 ton metal çiv çıxarılacaq.

Yenicag.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, alıcılar bu hərracda sənaye, xidmət sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək kiçik dövlət müəssisələri Gəncə şəhərində, İmişli, Xızı, Saatlı, Ağstafa və Göygöl rayonlarında yerləşir.

İnvestorlar üçün maraqlı ola biləcək əmlaklardan biri Gəncədə yerləşən “Beton və məhlul istehsal edən sahə”dir. Həmin əmlakın ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə 3700 kvadratmetrdir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisələri barədə ətraflı məlumatı https://clck.ru/3AsVYt linki vasitəsilə əldə etmək mümkündür.

Hərraca çıxarılan nəqliyyat vasitələri əsasən Avropa istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2006-2016-ci illəri əhatə edir. Nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3AsVhB linki vasitəsilə tanış olmaq olar.

COP29