Azərbaycanda 13 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 851 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 619 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 906 nəfər müalicə olunaraq sağalıb, 8 422 nəfər vəfat edib, aktiv xəstə sayı 7 174 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 044, ötən müddət ərzində isə ümumilikdə 5 911 227 test aparılıb.