!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 15-16-cı əsrlərə aid tarixi qəbiristanlıq tapıldı - FOTO

!Reklam – Yazi

Cəlilabad rayonun Dağ Közbulaq kəndi ərazisində 15-16-cı əsrə aid orta əsr qəbiristanlığı aşkar edilib.

Yenicag.az xəbər verir ki, bu haqda Moderator.az-a tarixçi, geoloq Ələsgər Mirzəzadə məlumat verib. Ə.Mirzəzadə bildirib ki, qəbiristanlıq ötən ay aşkar edilib. Məzarlar kəndin cənub-qərb hissəsində yerləşir və məzarlığın yerləşdiyi ərazidən Bolqarçaya, yəni Güney Azərbaycan sərhəddinə üç kilometr məsafə var. Qəbiristanlıq xırda təpəlikdə 50-60 sot ərazini əhatə edir:

“1990-cı illərdə qəbirlərə müdaxilə edilərək dağıntılara məruz qalıb. Daş və sinə daşlarının müəyyən hissəsi od çalımına mane olduğu üçün ərazidən daşınaraq gölə tökülüb. Qəbiristanlıqda baş və sinə daşlarının fərqli tərəfləri də özünü göstərir. Bir çox baş daşları yumuru şəkildə hazırlanıb. Sinə daşlarının hazırlanmasında isə pud və çay daşlarından istifadə olunub. Sinə daşlarının bəzilərində kasa formalı oyuqlar var. Araşdırmalar nəticəsində məlum oldu ki, o oyuqlar su tökmək üçün xüsusi olaraq hazırlanıb, yəni ölü dəfn edildikdən sonra məzarın üstünə tökülən suyla həmin oyuqlar da doldurulur ki, quşlar o sudan içsin və bunun da ölüyə savabı yazılsın. Bu adət Anadolu türklərində də özünü göstərir. Bundan başqa daşlar üzərində çərxi-fələk işarəli təsvirlər var ki, onlar da əcdadlarımızın oda, günəşə inamından qaynaqlanır. Belə abidələrin tədqiqi və öyrənilməsi bu günki günün ən vacib tələblərindən biridir. Bu abidələr ciddi qorunmalı və dövlət qeydiyyatına alınmalıdır”.

www.yenicag.az

5841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv