Azərbaycanda 15 yaşlı qız itkin düşdü

Salyanda 15 yaşlı qız itkin düşüb.

Yenicag.az xəbər verir ki, rayonun Yeni Uluxanlı kənd sakini 15 yaşlı Dilazər Qabil qızı Əliyeva fevralın 20-də yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib, axtarış işləri davam etdirilir.