Azərbaycanda 16-18 yaşlı yeniyetmələr bu hallarda vaksin olunacaq

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulacağı ilə bağlı yeni qərar qəbul edilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Nə üçün yalnız mRNT Pfizer (“Comirnaty”) vaksinin vurulmasına gəlincə isə qərarda qeyd olunur ki, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyası yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazə verib.

Qərar da bu icazə nəzərə alınmaqla verilib.

Qeyd edək ki, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.