Azərbaycanda 16 yaşlı yeniyetmə faciəvi şəkildə öldü

Lənkəran rayonunun Havzova kəndində 1 nəfər su quyusuna düşüb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2002-ci il təvəllüdlü Şirizadə Rameş Xamməd oğlunun meyitini dərinliyi 16 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

COP29