“Sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısı sentyabrdan ehtimal olunur ki, 1295 manat və daha yuxarı olacaq”.
Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə deyib.
Nazir bildirib ki, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə 980 manat, sertifikatlaşdırmada iştirak etməyən müəllimlər isə hələ 750 manat alır.
“Növbəti illərdə o rəqəmlər də artacaq. Bizim hələ də 30 min müəllimiz aşağı maaş alır. Ona görə ki, az saatı var”, – deyə nazir bildirib.
Qeyd edək ki, aşağıda təqdim etdiyimiz cədvəldə ölkə üzrə müəllimlərin nə qədər maaş aldığı göstərilib.