Azərbaycanda iki vəkildə koronavirus aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov sosial şəbəkədə məlumat yayıb.
Bildirib ki, VK-nın 2 vəkili koronavirusa yoluxub və onlar ev şəraitində müalicə olunur.
Məlumata görə, koronavirusa yoluxan vəkillər Çimnaz Eyubova ilə Ramin Hacıyevdir./Report/